Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Dövlət qulluğuna qəbulda YENİLİK — Dünyagörüşü bloku ləğv edildi

"Dövlət qulluğuna qəbul üçün yeni test bankı hazırlanıb".

Dərc edilib: 14 noyabr 2017 [20:48]
Baxış sayı: 124

İnterpress.az Report-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin icraçı direktoru Vəfadar Misirov keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, vəzifə qrupları üzrə 20 yeni test proqramı hazırlanıb: "Əvvəlki qəbul imtahanlarından fərqli olaraq, yeni modeldə dünyagörüşü bloku ləğv edilib, onun yerinə Azərbaycan dili bloku salınıb. Test imtahanı modeli kifayət qədər mürəkkəbləşdirilsə də bir o qədər çevikləşib. Yeni modelin yoxlanılması məqsədilə artıq oktyabrın 5-dən dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün sınaq imtahanları keçirilib”.
V.Misirov əlavə edib ki, test imtahanlarının məzmununda da yeniliklər mövcuddur: "Əvvəlki imtahanlardan fərqli olaraq, test imtahanları vakant vəzifələr üzrə deyil, vəzifə qrupları üzrə keçirilir. Hənçinin dövlət qulluğunda yüksəliş üçün ümumi müsahibə də nəzərdə tutulub".

Mərkəzin icraçı direktoru vurğulayıb ki, DİM-in bazasında ləğv olunmuş dövlət orqanlarında çalışmış 333 namizəd ehtiyat kadr kimi saxlanılır: "Ehtiyatda olanlardan artıq 44 nəfər vəzifəyə təyinat alıb".

İnterpress.az












Oxşar xəbərlər

Dərmanların qiyməti dolların məzənnəsinə uyğun dəyişəcək


Cəmi səslər: 460