Məşhur bacıların düşmənçiliyinin ŞOK TƏFƏRRÜATLARI-ÖZƏLbackend

Məşhur bacıların düşmənçiliyinin ŞOK TƏFƏRRÜATLARI-ÖZƏL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış bəstəkar Sədaqət Arifqızı ilə bacısı, məşhur həkim, Azərbaycanda “UZİ Gülər” kimi tanınan Gülər İbrahimova arasında qarşıdurma haqqında xəbər vermişdik. Vəziyyət o həddə gəlib ki, bacılar bir-birini məhkəməyə veriblər.

Bu barədə İnterpress.az-a ekskluiziv müsahibə verən Sədaqət Arifqızı bacısı ilə ev üstündə və bacısı oğlunun pul düşkünü olması, onları şantaj etmələrinə görə düşmən olduğunu bildirib:

Sədaqət xanım, bacınızla aranızda olan problemin səbəbi nədir?

2011-ci ildə mənim 12 yaşında nəvəm rəhmətə getdi. Oğlum o evdə yaşamaqda çox çətinlik çəkdi, ona çox pis təsir edirdi. Onda görə dedi ki, ana, mən bu evi satacam, mən bu evdə yaşaya bilmərəm, qala bilmərəm. Özü də ki, bundan əvvəl Amerikaya köçmüşdülər və orada yaşayırdılar, uşaqda orda xəstələndi. 2 ay orada qaldı, əməliyyat oldu. Sonra isə Bakıya gətirdilər, çünki biz dedik ki, artıq vəziyyət yaxşı deyilsə Bakıya qayıdın. 8 ay idi ki, o evdə yaşayırdı, sonra bağlayıb getmişdi.

Hadisə neçənci ildə baş verib?

2011-ci ildə. Ondan qabaq oğlum 1 il Amerikada yaşayıb. Uşaq Amerikada xəstələnib. Bilirsiz nəyə görə deyirəm? Bunlar deyir ki, bu bizə pul atıb və Amerikaya qaçıb. Amma mənim oğlum 2010-cu ildə Amerikaya getmişdi. 2011-də uşaq xəstələndi, 2 ayın içində rəhmətə getdi. Oğlum dedi ki, biz burada yaşaya bilmirik, gəlinim də oğlum da cavan adamdırlar. Daha sonra oğlum evini satdı. 195.000 manata evi satandan sonra ev almaq üçün mənim həmin bacım oğlu dedi ki, sən yasını idarə elə, sənin başın qarışıqdı, mən sənə ev taparam öz həyətimizdə. Onlar da təzə evə köçmüşdülər. Orda bizim qohumumuz Lütfi Nəbiyev adlı şəxsin 4 otaqlı evini oğluma təklif etdi. Apardı göstərdi. İnanın o vaxt oğlum elə bir vəziyyətdə idi ki, istəyirdilər ki, o evdən çıxsınlar. Oğlum baxdı və dedi ki, götürürəm. Deməli, həmin adam evi 143 minə satırmış. Gəlib mənim oğlumdan 165 mini alıb. Özü də oğlum o vaxtı artıq evini satdığından o pulu şəxsən öz xalası oğlu Fuad İbrahimova verib. Fuad isə deyib ki, mən çatdıraram, guya ki, yaxşılıq edib. Ona hər bir vasitə lazım idi ki, Lütfinin ya qızı, ya da özüylə görüşməsin, çünki pulun üstünə yalandan 20-22 min qoymuşdu. O da apardı pulu verdi. Doğrudan da, Allah üzümüzə baxıb ki, orda maliyyə arayışı və digər sənədlər mənim oğlum Hüseynov Ağasinin adına olub. Oğlum o evdə 6 il yaşayıb. Fuad hətta təmiri də öz boynuna götürüb ki, mən təmir də edəcəm, pulunu ver hər şeyini mən edim. Sonra məlum oldu ki, 60 min oğlumdan alıb, amma 40 min təmirə pul xərcləyib, ordan da pul qazanıb. Deməli öz marağı var idi idi ki, bunları edirdi. 6 il yaşadıqdan sonra Bakıda qala bilmədi və yenidən Amerikaya köçdü. Arvad-uşağını götürüb qapını da bağlayıb cıxıb getdi.

Ev oğlunuzun öz adınadır, düzdürmü?

Bəli, bəli, arayış da göndərə bilərəm sizə, maliyyə arayışı da.. Hamısı mənim oğlumun adınadır. Bunlar hamısı barədə Yasamal rayon məhkəməsində iş gedir. Oğlum Amerikaya gedəndən sonra başladı mənim kürəkənim haqqında anonim yazılar yazılmağa, başqa bir adamın adından. Biz də təəccübləndik ki, ay balam bu yazıları kim yazıb? Bu nə işdir? Məlum oldu ki, bunu yazan mənim bacımın oğlu İbrahimov Fuaddır. Nə mənim kürəkənim, nə atası. Nə də yoldaşı reaksiya vermədilər ki, neynəyək tutduraq onu? Belə eləsək ya ona 6 ay iş düşər, ya icbari düşər belə yazılara görə… Yəni mənim kürəkənim belə şeylərə əhəmiyyət verən deyil. Ona görə də bunlar gördülər ki, bundan bir şey çıxmadı, keçdilər mənim oğlum qarşı olmağa, onu məhkəməyə verdilər.

Sizin oğlunuzu Fuad İbrahimov məhkəməyə verib?

Bəli, mənim oğlumu Fuad İbrahimov məhkəməyə verib ki, 2012-ci ildə bizim həyətdə Ağası Hüseynov ev aldı, onun pulu yox idi, evin pulunu mən vermişəm, o ev mənimdir. Onun başı yasa qarışmışdı deyə pulu vermədi, sonra da qaçdı Amerikaya. Bəs necə oldu ki, 6 il mənim oğlum orda yaşadı, Amerikaya gedəndən sonra deyirsən evi mən almışam? Hansı əsasla sən deyirsən evi mən almışam? Sonra Günel Nəbiyeva adlı qızı, hansı ki, ev onun adına idi, amma o evdə yaşamamışdı, atası onun adına almışdı, onu məhkəməyə çağırdı. Məhkəmə başladı, vəkillər tutduq. Bir məhkəmədə Güneli maşına qoyub apardı məhkəməyə. Günel də cavan gəlindir. Bizim qohumumuzdur. Məhkəmə soruşub ki, qızdan, sən evi kimə satmısan? O da Fuadı göstərib ki, bax buna satmışam, mənə pulu bu verib. Yenə də deyirəm, 143 minlik evi mənim oğluma 165 minə satıb. Qız deyib ki, mən Ağası adlı adamı tanımıram, pulu Fuad verib. Qızı orda sığışdırıblar hər halda. Məhkəmə də deyib ki, bəs necə olur ki, siz arayışda yazmısız ki, mən Nəbiyeva Günel Lütfi qızı bir də əriylə, biz evimizin Ağası Hüseynova satılmasına etiraz etmirik? Bu bir arayış. İkinci arayış, maliyyə arayışı deyirlər, odur. Yəni orada deyilir ki, tam evin pulu ödənilib. Bu arayış da Hüseynov Ağasının adınadır. Qız cavab verir ki, mən bilmirəm, papam bilir. Mən də götürdüm Lütfini yığdım ki, sən özün hüquqşünassan, neçə il müstəntiq işləmisən. Sən necə belə yalan deyə bilirsən? Allahdan qorxmursan? O isə dedi ki, narahat olma mən özüm gedəcəyəm ora, uşaqdı, bilməyib, qələt eləyib. Bir dəfə də məhkəmə olanda Lütfi gedir ora deyir ki, xeyr, biz evi Ağası Hüseynova satmışıq.

Bəs sizin oğlunuzun taksi sürücüsünü məhkəməyə verməsi düzdürmü?

Bəli, bəli. Deməli, mən gəlinimdən soruşdum ki, mənə düzünü de. Gəlin dedi ki, mama, biz gedirdik 2 uşaq maşında, bir də bizim maşında Fuadın qardaşı Taleh olub. Biz gedirdik, bu qəfildən çıxdı qabağımıza, dəliyə oxşayırdı. Bunlar vuruşanda bir dəfə yumruq o vurub, birini mənim oğlum vurub, ikisin də bunun öz qardaşı Taleh vurub ona. Sonra o, evin yanında olub hadisə, Fuad da gəlib, polis çağırıb. Fuad deyib ki, o görüb sən bahalı maşındasan, bu yəqin nəsə qopartmaq istəyir, gəl polisə ver. Veriblər Polisə, iş orada açılıb. Sonra isə bu oğlan heç maraqlanmayıb da. İş isə məhkəmədə bağlanmayıb. Orada şahid İbrahimov Fuadla İbrahimov Taleh olub ki, taksi şoferi mənim xalam oğlunun üstünə cumdu.
Bir də onların arasında borc söhbəti olub. O, həmişə faizə pul verirdi, mənim oğlum da ona Amerikadan maşın gətizdirib. Fuad faizini alıb. Deyir mən ona borc vermişəm. Sən kimsən ki? Sən mənim oğlumun paltarlarıyla böyümüsən. Bizim qapıda böyümüsən. Onun atasının pulu olub da, qazanıb da, dilənçi siz olmusuz. Bu dəqiqə Yasamalda siz öyrənə bilərsiz ki, Ağası Hüseynovu Fuad İbrahimov məhkəməyə verib yoxsa yox?
Ev iddiası edir. Bir də ki, onların arasında borc olub, faizə verib Elçinə. 16 minin əvəzində mənim oğlum ona 80 minlik maşın verib. Dilindən də kağızı var ki, bu ailənin mənə heç bir borcu yoxdur. Natariusdan da kağız var. İndi isə deyir ki. O maşın mənə verilməyib. Maşın da indi hal-hazırda Abu Arenadır nədir, onun yanında 56 minə satışa qoyublar. Qayınatasının adına keçirib maşını. Qayınatanı ora şahid gətirib ki, mənim xalam oğlu qayınatamdan da 50 min pul alıb, atıb. Guya mənim yoldaşım bundan 60 min pul alıb atıb. Mənim yoldaşım 20 ildir məndən boşanıb. 20 il qabaq sənin 25 yaşın olub. O texnikum direktoru səndən 25 yaşında boşadığı arvadın xalası oğlundan pul alar? Bu nə dərəcədə düzgündür? Mənə yazıb ki, ay mənim şərəfsiz Sədaqət xalam… Fuad yazıb bunu… Səni gör hələ nələr gözləyir… Sənin “gözəl keçmişin” bizə məlumdur… İngiltərədə yaşayan qızıma necə söyüşlər yazıb e-maildə. Qızım da yazıb ki, sənsən belə. O söyüşü yazıblar sayta ki, baxın görün Sədaqətin qızı necə söyüşlər söyür.

Deməyinizdən belə çıxır ki, bunların bir məqsədi var ki, sizdən ancaq pul alsınlar, ona görə də şantaj roluna keçiblər?

Bəli. Burda başqa məqsəd yoxdur, ancaq pul qopartmaq. Deyir onların Türkiyədəki evlərini də alacam, Sədaqətin də yaşadığı evi alacam, Hüseynağanın evini də, hamısını alacam.

Bəs bacınız bu məsələlərə necə münasibət bildirir?

Elə dirijor bacımdı da… Bizim küsülülüyümüz bilirsiz nəyə görə oldu? Biz iki bacıyıq. Mənim nəvəm rəhmətə gedən günü ona nə qədər zəng elədim. Bu toyda idi. Deyib ki, yəqin uşaq orda getdi, sən Allah mənim yaslıq halım yoxdu, oturmuşam da rahat toyda. Bunu mənə xəbər verdilər. Səhərisi gün biz nə halda idik. Gülərin ailəsi, oğlanlar da yoxa çıxdılar. Axşam 6-da toya gediblər. Həmin günü, mənim nəvəm basdırılan günü toya getdilər. Biz də düşmən olduq.

Son olaraq nə demək istərdiniz ?

Mən qorxuram ki, bunlar hər şey edərlər, şər-xatadırlar. Hər gün bir yerə yığışırlar ki, sabah nə edək? Mən qanuna güvənirəm, axı belə şey yoxdur. Arxayınam ki, məhkəmə bu işi həll edəcək.

Məşhur bacıların düşmənçiliyinin ŞOK TƏFƏRRÜATLARI-ÖZƏL

Məşhur bacıların düşmənçiliyinin ŞOK TƏFƏRRÜATLARI-ÖZƏL

İnterpress.az