“İspaniya presedenti Dağlıq Qarabağ tənzimlənməsi üçün yeni resurslar yaratdı” – Mübariz Əhmədoğlubackend

“İspaniya presedenti Dağlıq Qarabağ tənzimlənməsi üçün yeni resurslar yaratdı” – Mübariz Əhmədoğlu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağlıq Qarabağ tənzimlənməsinin yeganə maneəsi Ermənistan və onun başında dayananan cinayətkarlardır.

Avropa separatçı cinayətkarlara qarşı mübarizənin məqbul yolunu göstərdi. Ona görə Azərbaycan yaranmış reallıqda yol xəritəsi hazırlamalı və bu yol xəritəsi bir neçə istiqaməti əhatə edən elementləri birləşdirməlidir:

I. Azərbaycan hakimiyyəti Dağlıq Qarabağda separatçı rejimin əvəzlənməsini reallaşdırmalıdır. Cinayətkar Qarabağ klanı Dağlıq Qarabağda hərbi-polis rejimi quraraq yerli erməniləri də girov saxlayır.

II. Dağlıq Qarabağ separatçılarının liderlərinin Avropa məkanında hərəkətınə son qoyulmalıdır. Bəllidir ki, Ermənistan vətəndaşlığı altında Bako Saakyan hər il müxtəlif ölkələrə səfər edir, telemarafon keçirir, pul dilənir.

III. Avropanın bəzi siyasətçiləri və deputatları qohumluq, milli, dini və digər şəxsi maraqlar prizmasından Dağlıq Qarabağda cinayətkar separatizmi dəstəkləyirlər. Aİ-nin müvafiq strukturları onlarla maraqlanmalıdır.

IV. Ermənistan AİB-ə üzv qəbul edilərkən Dağlıq Qarabağı tərkib hissəsi hesab etməyəcəyi və müstəqilliyini tanımayacağı barədə rəsmi öhdəlik götürüb. Aİ Ermənistanla Çərçivə sazişinin mətninə analoji öhdəlik əlavə etməlidir.

V. ABŞ Dağlıq Qarabağın separatçı rejiminə maliyyə yardımlarını dayandırmalıdır.

Çox vacib istiqamət və faktorlardan biri Rusiya istiqamətində aparılan işlər olmalıdır. Dağlıq Qarabağda Rusiyanın iştirakının siyasi və maddi əsasları var. Maddi əsaslar aradan qaldırılarsa, bu siyasi əsaslara da təsir edəcək.

I. Rusiyadakı ermənilər Dağlıq Qarabağda hərbi təyinatlı geniş tikinti işləri və maliyyə layihələri reallaşdırırlar. Avtomaşınlar, müxtəlif hərbi texnikalar hədiyyə edirlər.

II. Dağlıq Qarabağın istehlak etdiyi təbii qaz Rusiyadan gəlir. Rusiyanın təbii qazının Dağlıq Qarabağa axının dayandırılması Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə ən ciddi töhfə ola bilər. “Qazprom”un (RF) Aİ məkanında müxtəlif layihələr reallaşdırmağına etirazlar bildirdiyi halda, Rusiya qazının Dağlıq Qarabağa nəqlinə laqeyd yanaşılır. Bu Avropa və RF tərəfindən ikili standartların daha bir nümunəsidir.

Azərbaycan rəsmiləri bu parametrləri nəzərə alaraq yol xəritəsi hazırlamalı və bu yol xəritəsini bütün dövlətlərə, xüsusilə ATƏT MQ həmsədr ölkələrinə təqdim etməlidir. Separatizmin cəzalandırılmasının davamı istiqamətində atılan addımlar ilk növbədə ATƏT MQ ölkələri, Aİ məkanı və Rusiya üçün daha çox faydalıdır.

İnterpress.az