Prezident moldovalı naziri qəbul edib – YENİLƏNİBbackend

Prezident moldovalı naziri qəbul edib – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 15-də Moldovanın daxili işlər naziri Aleksandr Jizdanı qəbul edib.

İnterpress.az-ın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, Azərbaycan və Moldova hüquq mühafizə orqanları, o cümlədən Daxili İşlər nazirlikləri arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi, təcrübə mübadiləsi aparılmasının əhəmiyyəti vurğulanıb, Moldovanın daxili işlər naziri Aleksandr Jizdanın ölkəmizə səfərinin bu əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

İnterpress.az