Yunanıstanda sel fəlakəti: ən azı 10 ölübackend

Yunanıstanda sel fəlakəti: ən azı 10 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Afinanın 27 kilometr qərbindəki Mandra, Nea Peramos, Magara əraziəri fəlakətdən ən çox zərər çəkən yerlər olub.
Ölənlərin çoxunun evlərindən çıxa bilməyən yaşlılar olduğu bildirilib. Mandra bələdiyyə sədri Yianna Kriouki dövlət televiziyası ERT-ə etdiyi açıqlamada “Çox şey itirdik. Fəlakət böyük miqyasdadır” deyib.
Ən azı 10 nəfər yaralının xəstəxanaya aparıldığın qeyd olunsa da, itkin düşən insanların da olduğu deylib. Baş nazir Alexis Çpras başsağlığı verib.
Qeyd edək ki, leysan yağışlar Yunanıstanın bəzi regionlarında son bir həftədir davam edir.

İnterpress.az