Zəlzələ zamanı xəsarət alan olubmu?backend

Zəlzələ zamanı xəsarət alan olubmu?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Ağdam və Ağcabədi rayon sakinləri “Ölkə.Az”a məlumat veriblər. Sakinlərin çoxu evlərini təkr edib. Verilən məlumata görə, yeraltı təkanlar bir neçə dəfə təkrarlanıb.

Ağcabədi sakini Firudin Quliyev “Ölkə.Az”a bildirib ki, zəlzələ ən çox Quzanlıda hiss edilib.

“Zəlzələ ən çox Quzanlıda hiss edildi. Çox şükür ki, xəsarət alan olmayıb. Ağcabədidə də salamatçılıqdır. Bəzi evlərə ziyan dəyib. Lakin insan xəsarət almayıb”, – deyə F.Quliyev bildirib.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 23:48-da Ağdam ərazisində qeydə alınıb. Yeraltı təkanların dərinliyi 25 km olub. Yeraltı təkanlar Mingəçevir, Gəncə, Yevlax, Bərdə, Şəki, Qax, Zaqatala, Balakən və Lənkəran rayonlarında hiss olunub.Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

İnterpress.az