Bibisinin evinə qonaq gəldi – Ölümcül bıçaqlandıbackend

Bibisinin evinə qonaq gəldi – Ölümcül bıçaqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az trend.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun mərkəzi hissəsində baş verib. Sumqayıt şəhər sakini, 1990-cı il təvəllüdlü Qasımov Cavid Fəzail oğlu bibisigilə qonaq gəlib.

Bibisinin evinə qonaq gedən Sumqayıt şəhər sakini, 1990-cı il təvəllüdlü Qasımov Cavid Fəzail oğlu səhər saat 05:00 radələrində həmin evi qarət etmək istəyib.

Bu məqsədlə o maskalı vəziyyətdə evdə axtarışlar aparıb. Hadisədən xəbər tutan ev sahibi evinə oğru girdiyini hiss edib və həmin maskalı şəxsi yaxalayıb. Oğrunun başqa şəxs olduğunu zənn edən ev sahibi maslkalı şəxsi bıçaqlayıb.

Bədəninin müxtəlif yerlərindən 3 bıçaq zərbəsi alan C.Qasımov təcili Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

Yaralının vəziyyəti ağırdır və o xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda cinayət işi başlanıb. Hadisəni törədən qadın saxlanılaraq istintaqa təhvil verilib.

İnterpress.az