QHT sədri: “İki gündür qazın az olması səbəbindən çimə bilmirik”backend

QHT sədri: “İki gündür qazın az olması səbəbindən çimə bilmirik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, tanınmış QHT rəhbəri UTGDİB sədri Bəhtimşah Tağıyeva özünün şəxsi \”facebook\” səhifəsində qazın az olmasından və baha olmasından şikayət edib.

Bəhtimşah xanımın həmin paylaşımını olduğu kimi təqdim edirik:

\”2 gündür qazın az olması səbəbindən çimə bilmirik. Zəng edib şikayət edirəm mənim adımı söyləyir ancaq qazsız qalmışıq. Görən bizə qazı baha satdıqları halda niyə vermirlər? Əgər qazımız yoxsa Bakının özündə, yaxın kəndlərdə qaz tapılmırsa niyə xaricə qaz satmalıyıq? Onlar bizdən artıqdılarmı? Əlaqədar orqanlar bu məsələyə niyə diqqət yetirmirlər? Bu gün otepleniya verilməliydi ancaq o da yox. Bunların bir məqsədi var Azərbaycan insanına əziyyət vermək, ölkəni yaşanmaz hala gətirmək. Bəs deyilmi, Artıq hamı bezib, biz niyə əziyyət çəkməliyik? İstiliyi gec verib tez kəsirlər, pulu isə artıq alırlar. Bu pllar da kiminsə cibinə gedir. Bizim canımızı, cibimizi kim düşünəcək? Nə vaxta qədər bürünüb oturacağıq?\”

QHT sədri: "İki gündür qazın az olması səbəbindən çimə bilmirik"

İnterpress.az