Fəhlə faciəvi şəkildə öldübackend

Fəhlə faciəvi şəkildə öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, Yasamal rayonu H. Zərdabi küçəsində tikilməkdə olan hündürmərtəbəli binada fəhlə işləyən, 1966-cı il təvəllüdlü Əlövsət Xəlilov liftin şaxtasına düşüb.

Ə. Xəlilov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 222.3-cü (tikintidə təhlükəsizlik qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

İnterpress.az