“BTQ-dən daha çox xeyir götürən ölkələrdən biri də Rusiya ola bilər”backend

“BTQ-dən daha çox xeyir götürən ölkələrdən biri də Rusiya ola bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki. bu barədə Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının sədri, \”MətanətA\” şirkətinin rəhbəri Elxan Bəşirovun dövrü mətbuatda dərc olunan məqaləsində deyilir.

Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu Rusiya üçün Türkiyəyə “alternativ pəncərə” açaraq, gözlənilmədən tamamilə yeni imkanlar yaradır: \”Şübhə yoxdur ki, Rusiya ilə Türkiyə arasında yük dövriyyəsinin əhəmiyyətli hissəsi də bu marşrutla həyata keçiriləcək. Güman edilir ki, Azərbaycan və Gürcüstan yeni magistralı yükləmək üçün yüklərin kifayət qədər güzəştli tranzitinə də razılıq verə bilər. Belə olan halda, bu magistraldan daha çox xeyir götürən ölkələrdən biri də elə Rusiya olacaq. Çünki qonşu ölkə dəmir yolunun tikintisinə heç bir vəsait xərcləməyib. Bundan əlavə, Rusiyanın Şimali Qafqazda, Volqa sahili boyu ərazilərində, hətta Uralda və Sibirdə fəaliyyət göstərən şirkət və müəssisələri bu dəmir yolu vasitəsilə Türkiyəyə ən qısa çıxış əldə etmiş olurlar. Çünki onlar üçün bu marşrut Ukrayna-Rumıniya-Bolqarıstandan keçən marşrutdan daha qısa və sərfəlidir\”.

İnterpress.az