Zəlzələ zamanı 1 nəfər özünü binadan atıbbackend

Zəlzələ zamanı 1 nəfər özünü binadan atıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Report\”un Şirvan bürosunun verdiyi məlumata görə, baş verən zəlzələdən sonra Mingəçevir Şəhər Təcili Tibbi Yardım Stansiyası gücləndirlimiş iş rejiminə keçib. Proses zəlzələ baş verən andan səhərə qədər davam edib.

Belə ki, zəlzələdən sonra Təcili Tibbi Yardım maşınları ilə 20-dən çox yerli sakin xəstəxanaya çatdırılıb. Xəstəxanaya yerləşdirilənlər əsasən həyacan və qorxudan şok keçirənlər olub.

Zəlzələ zamanı şəhərin 20 yanvar küçəsi, 35 ünvanında yaşayan, 1940-cı il təvəllüdlü Zeynəb Məmmədova həyacandan infarkt keçirib. Bir nəfər zəlzələ zamanı hündürmərtəbəli binanın 2-ci mərtəbəsindən özünü atıb və ağır bədən xəsarətləri alıb. Zəlzələ zamanı şəhərin 20 yanvar küçəsi, 6 ünvanında yaşayan 15 yaşlı qızın ayaqları tutulub.

Xəstəxanaya çatdırlanlara ilkin tibbi yardım göstərilib.

İnterpress.az