SOCAR: Cənub Qaz Dəhlizi qrafikə uyğun reallaşdırılırbackend

SOCAR: Cənub Qaz Dəhlizi qrafikə uyğun reallaşdırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu bu gün Bakıda Azərbaycanda Amerika Ticarət Palatası (\”AmCham\”) üzvlərinin SOCAR və BP-nin yüksək vəzifəli rəsmilərinin fəaliyyətini səciyyələndirən Azərbaycanın neft strategiyasına həsr olunan işgüzar naharda SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, \”Şahdəniz 2\” layihəsində nəzərdə tutulan işlərin 95%-i, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə 96%-i, TANAP layihəsində \”Faza 0\” adlandırılan və Əskişəhərə qədər nəzərdə tutulan işlərin 93%-i, TAP boru kəməri üzrə 58%-i başa çatıb.

\”Avropanın enerji təhlükəsizliyi baxımdan strateji əhəmiyyət daşıyan bu layihə Avropa İttifaqı tərəfdən ümumi maraqlara xidmət göstərən layihələrdən biri olaraq qəbul edilib. Bu da öz növbəsində Cənub Qaz Dəhlizi layihəsinin Avropa İttifaqı nəzdində strateji əhəmiyyətini bir daha ortaya qoyur. Bu gün Avropa bazarında təbii qaza tələbat sürətlə artmaqdadır, hasilat isə azalmaqdadır. Bu da onu göstərir ki, Avropa İttifaqının yeni və alternativ mənbələrə ehtiyacı var. TANAP layihəsi üzrə ilkin ixrac həcmimiz 16 milyard kubmetr olsa da, gələcəkdə bu göstərici Abşeron, Ümid, AÇG yataqlarının sərbəst qaz, Qarabağ kimi yeni yataqlarımız, Babək, Zəfər, Məşəl və Şəfəq-Asiman və sair kimi perspektivli strukturlar hesabına artırıla bilər\”, – deyə R.Abdullayev vurğulayıb.

İnterpress.az