Bərdədə avtomobil ər-arvadı vuraraq öldürübbackend

Bərdədə avtomobil ər-arvadı vuraraq öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın Qarabağ bürosunun xəbərinə görə, ötən gecə Bərdə şəhərinin Bakı prospektində 1986-cı il təvəllüdlü Cəfərov Malik Baloğlan oğlunun idarə etdiyi, 02 BR 258 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı avtomobillə 1967-ci il təvəllüdlü Əliyev Zakir Rasim oğlu və onun həyat yoldaşı, 1970-ci il təvəllüdlü Əliyeva Zülfiyyə Məhəmməd qızı vurulub.

Piyadaların ikisi də hadisə yerində ölüb. Sürücü saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

İnterpress.az