Mətbuat Şurası reket jurnalistikaya qarşı səmərəli fəaliyyət göstərirbackend

Mətbuat Şurası reket jurnalistikaya qarşı səmərəli fəaliyyət göstərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Görünür bu da aparılan uğurlu mübarizənin nəticəsi ilə bağlıdır\”. \”OLAYLAR\”-ın xəbərinə görə, bu fikirləri interpress.az saytının baş redaktoru Toğrul Allahverdili səsləndirib. O, bildirib ki, \”həmkarlarımızın\” artan narahatlığı onların bazarının bağlanmasından irəli gəlir: \”Artıq bir neçə ildir ki, Azərbaycan Mətbuat Şurası reket jurnalistikaya qarşı səmərəli fəaliyyət göstərir. Jurnalist adına yaraşmayan, ona ləkə gətirən, açıq-aşkar reket fəaliyyəti ilə məşğul olan bəzi mətbu qurumları Şuraya daxil olan şikayətlər əsasında xəbərdar edir, onları düzgün yola dəvət edir. Bəzi yazılı və elektron KİV-lər Mətbuat Şurasının bu xəbərdarlığından nəticə çıxararaq öz fəaliyyətlərində müsbətə doğru dönüş yaratsalar da, lakin bütün xəbərdarlıq və şikayətlərə baxmayaraq reket fəaliyyətini davam etdirən media qurumları da olur. Bu zaman Azərbaycan Mətbuat Şurası həmin media qurumlarını haqlı olaraq qara siyahıya salır\”. Toğrul Allahverdili deyir ki, reket fəaliyyəti ilə məşğul olan həmin KİV-lərin \”qara siyashı\”ya düşməsi onların gəlir mənbələrini azaldır: \”Çünki avtomatik olaraq həmin KİV-lərin adı mərkəzi və yerli icra hakimiyyəti orqanlarına göndərilir ki, bu da son nəticədə onların paytaxt və əyalətlərdə qapı-qapı düşüb pul dilənməsinin qarşısını alır. Ona görə də qeyd edilən şəbəkə müntəzəm olaraq Mətbuat Şurasının reket jurnalistikaya qarşı apardığı uğurlu fəaliyyətə kölgə salmağa, şura rəhbərliyi, orada fəaliyyət göstərən müvafiq kommisiya barədə qərəzli, böhtan xarakterli yazılar dərc etməyə üstünlük verirlər. Düşünürəm ki, bu kimi uğursuz cəhdlər Mətbuat Şurasının reket jurnalistikaya qarşı apardığı səmərəli mübarizəni əngəlləyə bilməz. Çünki ölkənin peşəkar, jurnalist etikasına sadiq, ən əsası dövlətçiliyin yanında olan media qurumları Mətbuat Şurasının bu fəaliyyətini dəstəkləyir\”.

İnterpress.az