ABŞ-da vergi ödəyiciləri erməni lobbisinə kömək edir – VİDEObackend

ABŞ-da vergi ödəyiciləri erməni lobbisinə kömək edir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, kompaniya dəfələrlə erməni ətrafının maraqlarını əks etdirən materiallar yayır, informasiya siyasətini də bu istiqamətdə qurur.

Bu günlərdə VOA-nın erməni redaksiyası Azərbaycan rəhbərliyinin ünvanına tənqidi reportaj hazırlayıb. Reportajda Rəsmi Bakı açıq şəkildə təcavüzkar və işğalçı kimi göstərilir. Əsas hədəf kimi Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev seçilib.

ABŞ-da vergi ödəyiciləri erməni lobbisinə kömək edir - VİDEO

Hacıyev özünün son tvitlərində terror təşkilatı ASALA (Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu) ilə ANCA (Amerikanın ermıni milli komitəsi) arasında qarşılıqlı əlaqələrinə toxunub və açıq şəkildə ABŞ-ın erməni icmasının rəhbərlərindən biri olan Aram Ambaryanı rasizmdə və terrorçuluqda ittiham edib. Voice of America bunu gülünc formada dərc edərək Azərbaycanın Xarici İşlər nazirliyinin ünvanına sərt ifadələr işlədib.

Məlumdur ki, ANCA korrupsiya təşkilatı kimi Azərbaycana qarşı təbliğat aparmaqdan çəkinmir. Azərbaycan tərəfi bununla bağlı dəfələrlə müxtəlif səviyyələrdə məsələ qaldırıb. Əsrin dördə üçü qədər tarixi olan bu amerikan kompaniyasının ermənilərlə əməkdaşlığı ciddi şübhə doğurur. Millət vəkili Elman Nəsirovun fikrincə, ABŞ-da müəyyən dairələr mövcüddur ki, onlar Bakı ilə Vaşinqtonun münasibətlərinin ciddi şəkildə pozulmasını istəyir. Müvafiq olaraq yalan informasiyalar ötürərək Azərbaycanı təxribata çəkmək istəyirlər.

ABŞ-da vergi ödəyiciləri erməni lobbisinə kömək edir - VİDEO

\”Təbii ki, bu prosesdə əsas rolu erməni qüvvələri oynayır. Onların məqsədi dünya ictimaiyyətində çaşqınlıq yaratmaq, Azərbaycanı təcavüzkar dövlət kimi göstərmək, ümumi faktları – Azərbaycanın ərazisinin 20 faizini – Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal etmələri, eləcə də 1 milyondan artıq insanın məcburi köçkün vəziyyətınə salmalarını, BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğalı ilə bağlı 4 qətnamə qəbul etməsi və bunun hələ də cavabsız qalmasını gizlətməkdən ibarətdir. Azərbaycan tərəfi, xüsusilə də XİN bunu cavabsız qoya bilməz, bu da təbii haldır.

Elman Nəsirovun sözlərinə görə, ermənilərin bu cür neqativ ideyaları Dağlıq Qarabağ münaqişəsinin həlli imkanlarını azaldır. Parlamentari əlavə edib ki, bu gün ABŞ və Azərbaycan münasibətləti strateji müttəfiq səviyyəsindədir, rəsmi Bakının səyləri nəticəsində dünya birliyi həqiqi bilgiyə malikdir və bu kimi cəhdlər uğursuz olacaq.

Breaking via @VOAArmenian: @AzerbaijanMFA's spox @HikmetHajiyev trolling #Armenian National Committee of America @ANCA_DC. pic.twitter.com/wWhIjkkjY2

— ANCA (@ANCA_DC) 15 ноября 2017 г.

İnterpress.az