BŞİH-dən Akif Nağıya rəddbackend

BŞİH-dən Akif Nağıya rədd

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

QAT sədri Akif nağı Modern.az-a mitinqin keçirilmə məqsədindən danışıb:

“Mitinq keçirməkdə məqsəd Azərbaycan cəmiyyətinin Dağlıq Qarabağla bağlı narahatçılığını ortaya qoymaq idi. Bilirsiniz, danışıqlar çox vaxt istənilən nəticə verməyib, torpaqlar hələ də işğal altındadır. Biz bununla bağlı müxalif mövqedən yox, vətəndaş mövqeyindən çıxış edirik. Dağlıq Qarabağla bağlı hakimiyyət konkret məlumat verməlidir. Nə qədər gözləmək olar? Gözləməyə dəyərmi? Danışıqlardan hansı nəticə əldə etmək olar?

Belə görürük ki, danışıqlara heç bir ümid yoxdur və müharibəyə başlamaq lazımdır. Birinci tələbimiz ondan ibarətdir ki, hakimiyyət müharibəni başlatsın, hamımız gedək bir yerdə torpaqlarımızın müdafiəsinə qalxaq. Əgər hakimiyyət Qarabağı azad edə bilmirsə, buna gücünün çatmadığını etiraf etsin”.

A.Nağı qeyd edib ki, Qarabağ mitinqi ilə əlaqəli Bakı şəhər meriyasının cavabı da gülüncdür:

“Biz noyabrın 2-də Bakı şəhər meriyasına müraciət etmişdik, amma 12 gündən sonra cavab verdilər. Onlar “yox” deməliydilər, amma necə desinlər bilmirdilər. “Yox”u da əsaslandırmaq lazımdır. Bu səbəbdən gülünc bir səbəb irəli sürdülər. “Həm daxildə, həm xaricdə Qarabağla bağlı ciddi işlər aparılır, ona görə də etirazlara, mitinqə ehtiyac yoxdur” dedilər. Hardadır görülən iş? Ortada heç bir şey yoxdur. Onların cavablarının səmimiliyinə inanmıram”.

Müsahibimiz həmçinin Qarabağ mövzusuna toxunmayan müxalifətdən də gileylənib:

“Biz müxalifətin də mövqeyindən narazıyıq. Onların mitinq və ya digər çıxışlarında Qarabağla, müharibə ilə bağlı tələblər qoyulmur. Sanki onlar nədənsə çəkinirlər. Hesab edirəm ki, bütün mitinqlərdə ən başlıca tələb Qarabağ olmalıdır. Növbəti Qarabağ mitinqi ilə bağlı hələki düşünürük”.

İnterpress.az