Ermənistanda rus hərbçiləri itkin düşdübackend

Ermənistanda rus hərbçiləri itkin düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, Rusiyanın Gümrüdəki hərbi hissəsinin hərbçiləri əllərində əsgərin fotosu ilə məhəllələri gəzərək sakinlərə onun şəklini göstərirlər.

Rəsmilər hələlik məsələyə münasibət bildirməyib.

Gümrüdə Rusiya hərbi bazasının iki hərbçisi itkin düşüb.

Hərbi hissənin nümayəndələri iki gündür onların axtarışı ilə məşğuldurlar.

Məlumata görə, itkin düşənlər muzdlu hərbçilərdir.

Qeyd edək ki, 2017-ci ilin aprelində də bu hərbi hissədən hərbçilər itkin düşmüşdü.

İnterpress.az