İngiltərə İrandan aldığı 400 milyon funt-sterlinqi ekstradisiya etmənin yollarını axtarırbackend

İngiltərə İrandan aldığı 400 milyon funt-sterlinqi ekstradisiya etmənin yollarını axtarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az BBC-yə istinadən məlumat verir ki, İngiltərənin ödəyəcəyi məbləğ İranın İslam inqilabından əvvəl İngiltərədən 1500 tank almaq və 250 tankı təmir etmək üçün verdiyi pulun əvəzidir. İran İngiltərəyə 650 milyon funt-sterlinq ödəmiş, tankların bir qismi göndərildikdən sonra baş verən inqilabın ardından ticarət dayandırılmışdı.
İran təslim edilməyən tanklar pulunu geri almaq üçün başladığı hüquq mübarizəsini 2010-cu ildə Aİ məhkəməsində udub, ancaq İrana tətbiq olunan sanksiyalar səbəbilə İngiltərə bu pulu İrana göndərə bilməyib. Qəzet İngiltərəli rəsmilərin sanksiyaları aşaraq bu ödəməni reallaşdırmağın yollarını axtardığını bildirib.
İran mətbuatında isə İngiltərə Xarici İşlər Naziri Boris Consonun gələn həftə İrana rəsmi səfər etməyə hazırlaşdığı yazılıb.

İnterpress.az