Şəki sakinini ilan sancıbbackend

Şəki sakinini ilan sancıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Apa-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında rayonun Qoxmuq kənd sakini, 1967-ci il təvəllüdlü Qədim Rəcəb oğlu Səmədov ilan sancması xəsarəti ilə Şəki Mərkəzi rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan bildirilib ki, ilan Q. Səmədovu sol qolun bilək nahiyəsindən sancıb. Müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılan Q. Səmədova lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə zərdab vurulub.

İnterpress.az