Lavrov ABŞ qoşunlarının Suriyada qalması ilə bağlı açıqlamanı absurd adlandırdıbackend

Lavrov ABŞ qoşunlarının Suriyada qalması ilə bağlı açıqlamanı absurd adlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, o, bu barədə Argentina xarici işlər naziri Xorxe Fori ilə keçirdiyi danışıqlara dair təşkil olunan mətbuat konfransında danışıb.

“ABŞ müdafiə naziri bəyan edib ki, Vaşinqtona Suriya ərazisində qoşunlarını saxlamağa icazə verən BMT Təhlükəsizlik Şurasının qərarı var. Biz dərhal bunun nə anlama gəlməsi ilə bağlı Dövlət Departamenti ilə maraqlandıq. Bizə qeyri-müəyyən cavab verdilər və cavab verən şəxs də verilən bəyanatın absurd olduğunu aydın şəkildə başa düşürdü” – Lavrov belə deyib.

Xatırladaq ki, Pentaqon başçısı Ceyms Mettis ABŞ qoşunlarının Suriyada yerləşməsi ilə bağlı BMT TŞ qərarının olmasını bildirmişdi.

İnterpress.az