Tovuzda 40 yaşlı qadın bıçaqlanıbbackend

Tovuzda 40 yaşlı qadın bıçaqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, APA-nın qərb bürosunun xəbərinə görə, rayonun İbrahim Hacılı kənd sakini 1977-ci il təvəllüdlü Kazımova Səbinə Sabir qızı qarın nahiyəsindən bıçaq xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti orta ağırdır.

Məlumata görə, S.Kazımova kürəkəni ilə Qovlar şəhərində küçə ilə gedən zaman bir neçə naməlum şəxslər və kürəkəni arasında mübahisə yaranıb. Həmin şəxslərdən biri kürəkəni bıçaqlamaq istəyərkən, iti alət qadına dəyib.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az