Yerevanda əlil pilotlar yenidən etiraza qalxdıbackend

Yerevanda əlil pilotlar yenidən etiraza qalxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, pilotlar peşə fəaliyyəti zamanı əlil olsalar da, hökumət tərəfindən onlara təzminat ödənilməyib.

Dəfələrlə şikayət ediblər, ancaq heç bir cavab verilməyib. Əlil pilotlar hökumət binası qarşısında keçmiş baş nazir Tiqran Sarkisyanın dövründən etiraz edirlər.

“Dövlət tapşırığı yerinə yetirərkən əlil olmuş pilot və ya aviatexniklərə dövlət sahib çıxmağa və təzminat ödəməyə borcludur. Ancaq biz 10 ildir ki, bundan məhrum olmuşuq”,- deyə pilotlar bildiriblər.

Xatırladaq ki, əlil pilotları bir dəfə keçmiş baş nazir Ovik Abramyan qəbul edib. Onlara kömək edəcəyini vəd edərək, göstəriş verib. Ancaq indiyədək heç bir nəticə yoxdur. (azvision.az)

İnterpress.az