Dünya çempionundan zəlzələ qurbanlarına möhtəşəm JESTbackend

Dünya çempionundan zəlzələ qurbanlarına möhtəşəm JEST

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rio 2016” çempionluğunda yarışan atlet bu təşəbbüsünü instaqram vasitəsilə bildirib.
O, zəlzələdən ən çox təsirlənən Kirmanşahda özünün də evinin olduğunu xatırladıb və “Rio 2016-da qazandığım qızıl medalı əsl sahiblərinə – xalqıma geri qaytarıram. Hərracdan əldə ediləcək gəlirlərin hamısı zəlzələdən əziyyət çəkən insanlara yardım üçün istifadə ediləcək” şərhini yazıb.
İdmançının bu təşəbbüsü sosial mediada geniş maraq doğurub. Atıcılıq üzrə çempion olan Sara Cavanmardi də kampaniyaya qaşularaq öz medallarını satışa çıxarıb.
Qeyd edək ki, ötən günlərdə İran-İraq sərhədində baş verən zəlzələ zamanı 530 nəfər həlak olub, 8000-dən çox insan yaralanıb. Minlərlə insan isə evsiz qalıb.

İnterpress.az