Alman gey film festivalının Ankarada keçirilməsi qadağan olunubbackend

Alman gey film festivalının Ankarada keçirilməsi qadağan olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəsmilər bunu, belə bir festivalın cəmiyyətdə nifrət doğura biləcəyi və terror hücumunun hədəfinə çevrilə biləcəyi ilə əsaslandırıb.
Pink Life QueerFestFour qrupu tərəfindən təşkil ediləcəyi gözlənilən festival çərçivəsində noyabrın 16 və 17-də kinoteatrlarda dörd filmin nümayişi planlaşdırılırdı.
Festivalın təşkilatçıları bu qadağanın onları \”konstitusiya haqlarından məhrum etdiyini\” bildirib.
Homoseksuallıq Türkiyədə qanunla qadağan olunmayıb, lakin fəallar homofobiyanın geniş yayıldığını deyir.
Ankara valisinin bəyanatında festivalın \”cəmiyyətdə narazılıq və düşmənçilik hissləri oyada biləcəyi\” qeyd olunub.

Bununla yanaşı bildirilib ki, kəşfiyyat məlumatlarına əsasən, \”terror təşkilatları dissident qruplar və fərdlərə hücum etməyə imkan axtarır\” və \”filmlərin nümayişi qıcıqlandırıcı olmaqla yanaşı reaksiya hədəfə çevrilə bilər\”.
Tədbir təşkilatçıları festivalın sosial mediada qadağa qərarından əvvəl artıq hücuma məruz qaldığını bildirib.
Festival keçirilməsi təşəbbüsünü Almaniya səfirliyi dəstəkləmişdi, AFP xəbər agentliyi bildirib.

Festivalın qadağan edilməsi, Almaniya vətəndaşlarının saxlanması və Türkiyənin təbirincə, Almaniyanın onun daxili işlərinə qarışması ilə bağlı, ikitərəfli münasibətlərin pisləşməsi dövrünə təsadüf edib.
LGBT qrupları Türkiyədə prezident Recep Tayyip Erdogan höküməti və hakim AKP partiyası tərəfindən hüquqlarının pozulduğundan şikayətlənir.
Onlar deyir ki, tez-tez təhqir və hədələrə məruz qalır, rəsmilər isə onların hüquqlarının qorunmasını təmin etmir.
İstanbulda 3 il ardıcıl olaraq gey paradların keçirilməsinə qadağa qoyulur. (bbc)

İnterpress.az