İbad Hüseynovdan “tərəfdarları”na ağır zərbə: “Guya məni müdafiə edirlər, ancaq…”backend

İbad Hüseynovdan “tərəfdarları”na ağır zərbə: “Guya məni müdafiə edirlər, ancaq…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Yenicag.az-a açıqlama verən İbad Hüseynov öz kəskin etirazını bildirib.

İ.Hüseynov bildirib ki, onun adı ilə açılan bir çox profil və səhifələr əslində təxribat xarakteri daşıyır:

“Mənim adıma sosial şəbəkələrdə bir çox səhifələr, eləcə də profillər yaradılıb. Bu səhifələrin bəzilərində də qızışdırıcı, təxribat xarakterli paylaşımlar edilir. Mən də dəfələrlə onlara bildirmişəm ki, yaxşılıq edə bilmirsinizsə, heç olmasa, pislik etməyin. Guya məni müdafiə edirlər, ancaq tutduqları mövqe, apardıqları təbliğat dolayısı ilə mənim əleyhimədir. Hesab edirəm ki, bu da anti-təbliğatın başqa bir versiyasıdır”.

Ümumiyyətlə, son dövrlərdə internetden istifadə etmədiyini bildirən İbad Hüseynov belə hallara görə incidiyini qeyd edib: “İnsanı küsdürürlər. Mən axı hansının əzizini vurmuşam, ya da başını kəsmişəm ki, haqqımda dayanmadan iftiralar yazırlar. Bu yazılar məni bədənimdəki qəlpələrdən daha çox incidir. Ona görə, internetdən uzaq olmağa çalışıram”.

İnterpress.az