“Rusiya münaqişəni Ermənistanın xeyrinə həll etmək istəyir” – Qabil Hüseynlibackend

“Rusiya münaqişəni Ermənistanın xeyrinə həll etmək istəyir” – Qabil Hüseynli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu AzNews.az-a politoloq Qabil Hüseynli Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçidə rusiyalı həmkarı Vladimir Putinin Dağlıq Qarabağ münaqişəsindəki rolu barədə verdiyi açıqlamanı şərh edərkən deyib.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Putinin bu məsələdə çox ümidli olmadığını diqqətə çatdırıb. Ərdoğan deyib ki, Rusiya prezidenti məsələyə müsbət baxsa da, ümidsiz görünür.

\”Cənab Putin ilə Dağlıq Qarabağ məsələsini müzakirə etdik. Rusiyanın Ermənistan üzərində də çəkisi var. 7 rayondan 5-i ilə bağlı daha əvvəl çıxan qərar (BMT-nin erməni işğalına son qoyulması ilə bağlı qərarı) var. Bu qərarlara əməl edilməsinin vacibliyi üzərində dayandıq. Putin məsələyə müsbət baxır, amma görürəm ki, çox ümidli deyil. Tərəflərin mövqeyi səbəbindən onun ümidsiz olduğunu gördüm\”, – deyə Türkiyə prezidenti bildirib.

Politoloq Qabil Hüseynli hesab edir ki, Rusiyanın Dağlıq Qarabağda nümayiş etdirdiyi qərəz göz qabağındadır. Onun qənaətinə görə, Moskva bu münaqişənin həllində yumşaq mövqe göstərir və bu məsələni Ermənistanın xeyrinə həll etmək istəyir.

"Rusiya münaqişəni Ermənistanın xeyrinə həll etmək istəyir" - Qabil Hüseynli

\”Rusiya prezidenti öz neoimperialist siyasətini gizlətmir. Açıq şəkildə bildirir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın məyusluğu da bununla izah olunur. O bilməlidir ki, Rusiya kimi dünyaya meydan oxuyan ölkə ilə çox ehtiyatlı olmaq lazımdır. Rusiya hər bir imrerialist dövlət kimi təzyiq etməyi xoşlayır. Ərdoğan da düşünür ki, bir neçə məsələdə Putinlə razılaşıbsa, deməli, bütün beynəlxalq və regional məsələlərdə razılığa gəlmək mümkündür\”. – deyə politoloq bildirib.

Qabil Hüseynli əlavə edib ki, Türkiyənin özünün heç Rusiya ilə münasibətlərinin gələcəyini görmür. Onun fikrincə, Türkiyə-Rusiya münasibətləri hələ ki, ikincinin xeyrinə işləməkdədir.

İnterpress.az