Maddələr mübadiləsini tənzimləyir – Dəniz kələmibackend

Maddələr mübadiləsini tənzimləyir – Dəniz kələmi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkibindəki bu qiymətli mikroelementlərə və vitaminlərə görə insanlar ondan sağlamlıq üçün faydalı olan müxtəlif xörəklər hazırlayır, dəniz kələmini çiy, qurudulmuş, qaxac edilmiş, konservləşdirilmiş və duzlu halda yeyirlər.

Əvəzsiz pəhriz qidası olan dəniz kələmi, əsasən aterosklerozun, hipertoniyanın, raxitin, qalxanvari vəzin müalicəsi və profilaktikası zamanı istifadə edilir. O, maddələr mübadiləsini yaxşılaşdırır, radioaktiv maddələrin xaric edilməsinə yaxşı təsir göstərir, bağırsağın işini sürətləndirir.

Maddələr mübadiləsinin pozğunluğu, mədə-bağırsaq xəstəlikləri zamanı gündə hər dəfə 2 çay qaşığı olmaqla qurudulmuş, yaxud da 5 xörək qaşığı olmaqla təzə dəniz kələmi yemək məsləhət görülür.

Başgicəllənməsi zamanı hər gün nahardan əvvəl 1 çay qaşığı xırda doğranmış dəniz kələmi yemək bu problemin aradan qalxmasına yaxşı təsi edəcək.

Qəbizlik zamanı gündə 2 dəfə yemək zamanı toz halına salınmış 1 çay qaşığı dəniz kələmi qurusunu su ilə qəbul məsləhətdir.

İmmunitet zəifliyi zamanı axşam şüşə bankanı qurudulmuş dəniz kələmi ilə doldurub, üstündən qaynanmış soyuq su tökün, səhərə qədər saxlayın. Səhər bankanın ağzını möhkəm bağlayıb soyuducuya qoyun. Gündə iki dəfə, səhər və axşam yeməyindən əvvəl 1 çay qaşığı için.

Müntəzəm olaraq az miqdarda dəniz kələmindən istifadə etmək orqanizmin ümumi tonusuna müsbət təsir göstərir.

Yaddaşın möhkəmlənməsi üçün hər gün 1 çay qaşığı dəniz kələmi tozu qəbul edin və yaxud 2 xörək qaşığı təzə və ya konservləşdirilmiş dəniz kələmi yeyin.

 Maddələr mübadiləsini tənzimləyir - Dəniz kələmi

Dəniz kələmi cinsi fəaliyyətin normallaşdırılması üçün də ən yaxşı vasitələrdən biridir. Digər qida məhsulları kimi dəniz kələmindən də qədərində istifadə etmək lazımdır. Sağlam olmaq istəyirsinizsə qida rasionunuza dəniz kələmini daxil etməyi unutmayın.

Sellülitdən və artıq çəkidən azad olmaq üçün kosmetoloqlar bədəni dəniz kələminə bürüməyi məsləhət görürlər.

İnterpress.az