Zimbabvedə birinci ledinin həbsinə çağırışlar edilirbackend

Zimbabvedə birinci ledinin həbsinə çağırışlar edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az BBC-ə istinadən xəbər verir ki, var-dövlətə hərisliyi ilə tanınan birinci ledi indiyədək xalq arasında \’Gucci Grace\’ və \’DisGrace\’ (şərəfsiz) kimi ləqəblər qazanıb.
Ölkə hərbiyyəsi fəxrlə elan edir ki, Robet Muqabenin 37 illik hakimiyyətinə 36 saat ərzində son qoyulub.
Cənab prezident, onun arvadı və başqa vəzifəli tərəfdarları ev məhbusudurlar. Onlar hazırda \”Mavi çardaq\” adı ilə tanınan prezident iqamətgahında saxlanırlar.
Lakin bütün bunlara baxmayaraq, 93 yaşlı Muqabe öz hakimiyyətini qoruyub saxlamaq üçün son ümidsiz cəhdlərni edir. O bu yaxınlarda vəzifəsindən azad etdiyi keçmiş müttəfiqi vise-prezident Emmerson Mnanqavanın xeyirnə hakimiyyətdən əl çəkməkdən imtina edir.
Cənab Muqabe \”timsah\” ləqəbli Mnanqavanı, birinci ledini vise-prezident etmək üçün vəzifəsindən qovmuşdu. Konstitusiyaya görə gələn il keçiriləcək seçikiyə qədər ölkəni məhz Mnanqava idarə etməli idi.
Ev məhbusu olmasına baxmayaraq, Muqabe hakimiyyətdən getmək istəmir və israr edir ki, o hələ də ölkənin leqal başçısıdır.
O, həmçinin şərt qoyub ki, ona və 52 yaşlı arvadına, habelə digər ailə üzvlərinə təhlükəsizlik və həbsxanaya salınmayacaqları barədə zəmanət verilməyincə vəzifəsindən getməyəcək.
Hazırda ölkəyə faktiki başçılıq edən general Konstantino Çivenqanın bu şərtləri qəbul edib-etməyəcəyi bilinmir, amma birinci ledinin həbsinə çağırışlar getdikcə daha ucadan səslənir.
Bu arada indiyədək xaricdə olan müxalifətçilər yavaş-yavaş ölkəyə qayıdırlar.
Hamı dəyişiklik gözləyir və bunun baş verdiyini görür. Lakin hərbiyyə baş verənləri dövlət çevrilişi adlandırmağa tələsmir.

İnterpress.az