Azərbaycanlı tələbə partlayış zamanı öldü – YENİLƏNİBbackend

Azərbaycanlı tələbə partlayış zamanı öldü – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə partlayış zamanı dünyasını dəyişən azərbaycanlı tələbənin adı məlum olub.

\”Report\”un Qərb bürosunun məlumatına görə, Türkiyədə təhsil alan, Samux rayonunun Qarabağlılar kənd sakini, 1998-ci il təvəllüdlü Murad Etibar oğlu Allahverdiyevin yaşadığı evdə qaz sobası partlayıb. Nəticədə evdə yanğın baş verib. Yanğın zamanı Nurlan və onun valideynləri xəstəxanaya yerləşdirilib. N.Alllahverdiyev Türkiyədə yerləşdirildiyi xəstəxanada ölüb. Onun valideynləri isə Azərbaycana yola salınıb. Bu gün Nurlanın meyiti Azərbaycana göndəriləcək.

Məlumata görə, valideynlərinin Nurlanın ölümündən xəbəri yoxdur.

***

Bu barədə \”Report\”un Qərb bürosuna dünyasını dəyişən tələbənin qohumları məlumat verib.

Məlumata görə, Samux rayonunun Qarabağlılar kənd sakini, 1968-ci il təvəllüdlü İsrafil Etibar oğlu Allahverdiyev və onun həyat yoldaşı

1972-ci il təvəllüdlü Aynurə Əşrəf qızı Allahverdiyeva Türkiyədə təhsil alan övladlarına baş çəkmək üçün ora gediblər. Onların qaldığı evdə qaz partlayıb. Hər iki valideyn yanıq xəsarətləri alıb, onların övladı isə aldığı xəsarətlərdən Türkiyədə dünyasını dəyişib. Valideynlər Azərbaycana gətirilib. Ağır yanıq xəsarətləri alan İ.Allahverdiyevin vəziyyəti pisləşib.

İnterpress.az