Diabetin müalicəsi  – sintetik hüceyrədəbackend

Diabetin müalicəsi – sintetik hüceyrədə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər keçən gün 1-ci dərəcəli diabet üçün yeni müalicələr ixtira edilir və süni pankreas sistemləri çıxarılır. Lakin Şimali Karolina və ŞK Dövlət Universitetlərininin ixtira etdikləri müalicə, bəlkə də əzablı müalicələrə son qoya bilər. Elm adamları insulin dəstəkçilərinə ehtiyac olmayan süni insulin ifraz edən beta hüceyrələri hazırladı. 1-ci dərəcəli diabet xəstələri və bəzi 2-ci dərəcəli diabet xəstələrində pankreas ziyanına görə təsirli beta hüceyrələri çıxarıla bilmir. Bu hüceyrələrin çox əhəmiyyətli bir vəzifəsi var, qandakı qlükoza səviyyəsinə görə insulin ifrazı edərək qlükoza səviyyələrinin normal halda olmasını təmin edir. Həmçinin insulin dəstəkçiləri olduqca bahalı və zaman tələb edən bir şeydir.

Şimali Karolina və ŞK Dövlət Universitetindən elm adamları təbii beta hüceyrələrin davranışlarını təqlid edə biləcək sintetik beta hüceyrələri çıxardılar. Bu hüceyrələr insulinlə doldurulmuş maddələr ehtiva edir. Hazırlanan süni beta hüceyrələri eyni təbii beta hüceyrələri kimi işləyir.

Süni beta hüceyrələri diabetik siçanlarda sınandı. Siçanlara əvvəlki üslub tətbiq edildikdə bir saat ərzində normal qan səviyyəsinə düşdü.

Diabetin müalicəsi  - sintetik hüceyrədə

Sonra tək doza sintetik hüceyrə alanlar, 5 gün normal səviyyədə oldular. Araşdırmaçılar sonrakı mərhələdə, sintetik hüceyrələri insan orqanizminə spesifik bir daşınma metodu ilə köçürməyi düşünür. Baş araşdırmaçı Zen Qu bu barədə fikirlərini bölüşərək dedi: \”Planımız vəziyyəti optimallaşdıraraq sintetik hüceyrələri daha böyük heyvanlarda sınamaq və dəri bantıyla köçürmə sistemi hazırlamaq və sonda diabetli xəstələrdə sınaqdan keçirməkdir\”. Bu araşdırma diabetiklər üçün olduqca həyəcan verici olsa da, hələ də çox yol qət edilməli və klinik proseslər keçirilməlidir.

İnterpress.az