Premyer Liqamızda XII turuna start verilirbackend

Premyer Liqamızda XII turuna start verilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, üç günü əhatə edəcək turun açılış matçında – “Qarabağ” klubu Bakı Olimpiya Stadionunda “Sumqayıt”ı qəbul edəcək. Bu görüş Bakı Olimpiya Stadionunda keçirilən ilk Premyer Liqa oyunu olacaq.

Turun ikinci günündə “Keşlə” klubu “Zirə” ilə qarşılaşacaq. Günün digər oyununda isə “Səbail” səfərdə “Kəpəz”in qonağı olacaq.

“Neftçi” və “Qəbələ” klubları isə noyabr ayının 19-u qarşılaşacaq.

İnterpress.az