Baş nazir Nuru paşa ilə bağlı müraciəti cavabsız qoyub – Milli Məclisdə məsələ qaldırıldıbackend

Baş nazir Nuru paşa ilə bağlı müraciəti cavabsız qoyub – Milli Məclisdə məsələ qaldırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, artıq Cümhuriyyətin yubileyinə 6 ay qalır.

“Biz qurumlar və cəmiyyət olaraq bu həsasslığı göstərə bilmirik. Bununla bağlı Milli Məclisin qərarı olmalıdır. Tədbirlərin Gəncədə və sair yerlərdə keçirilməsi ilə bağlı. Bununla cəmiyyət də görməlidir ki, Cumhuriyyətin 100 illiyi ilə bağlı qanunverici orqanda da işlər görülür. AXC-nin tarixində xüsusilə də iki şəxsiyyətin adını qeyd etmək istərdim.

Bunlar Məmməd Əmin Rəsulzadə və Nuru paşadır.Biz Nuru Paşanın abidəsinin qoyulmasına görə baş nazirə müraciət etmişik. Amma hələ ki, bir cavab ala bilməmişik. Məmməd Əmin Rəsulzadənin isə Novxanıda yaşadığı ev bağçaya çevrilib”.

Milli Məclis sədri Oqtay Əsədov isə bildirib ki, AXC-nin 100 illik yubileyi ilə bağlı artıq işlər gedir və vaxtı gələndə isə nəticələr görünəcək.

İnterpress.az