Deputat Avropa Parlamentini tənqid etdibackend

Deputat Avropa Parlamentini tənqid etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bunu Milli Məclis bu gün keçirilən iclasında ç deputat Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, Avropa Parlamentinin son hesabatında Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı fəsillərdə ölkəmizə qarşı qərəzli məsələlər öz əksini tapıb.

“Azərbaycanın işğal olunmuş torpaqları, 1 milyondan çox qaçqın və məcburi köçkünü, eləcə də, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan qeyd şərtsiz çıxarılması ilə bağlı qətnamələr var. Belə olan halda, nə baş verdi? Ayın 15-də qəbul olunan sənədlər bir daha göstərdi ki, Avropa Birliyi müstəqil təşkilat deyil və Azərbaycana qarşı olan qüvvələr orada öz mövqeyini gizlədə bilmirlər. Bu ölkəmizə qərəzli mövqenin nümayişdir”.

M. İbrahimqızı Milli Məclisin sədrindən Avronest Parlament Assambeyasının nümayəndə heyəti adından Avropa Parlamentinə müraciət hazırlanmasını xahiş edib.

Qeyd edək ki, noyabrın 15-də Avropa parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qtnamə qəbul edilib. Qətnamədə erməni lobbisinin təkidi ilə Dağlıq Qarabağın öz müqəddaəratını təyin etməsi məsələsi öz əksini tapıb.

İnterpress.az