Siyavuş Novruzov: “Müsavat xalqın partiyasıdır”backend

Siyavuş Novruzov: “Müsavat xalqın partiyasıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, bəzi siyasi partiyalar buna maneçilik törətmək üçün özlərini ortaya atırlar. “Bu Azərbaycan xalqının tarixidir. Bu Azərbaycana məxsusdur. Kimsə adını götürüb həminki dövrdə olan partiyanın adı ilə adlandırırsa, bu, o partiya deyil. Müsavat Partiyası Azərbaycan Xalq Cümhuriyyətində olan Azərbaycan xalqının tarixinə aid olan partiyadır.

Bugünkü Müsavatla o biri Müsavat tamamilə başqa-başqa şeylərdir. O vaxtı bunlara bu partiyanı etibarnamə ilə veriblər ki, onu idarə etsinlər? Xeyr. Bu Azərbaycan xalqının partiyasıdır və ona görə də qarışıqlıq salıb, ümumi işə xələl gətirməyin tərəfdarı deyiləm”.

İnterpress.az