Oqtay Əsədov Azay Quliyevə iradbackend

Oqtay Əsədov Azay Quliyevə irad

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, parlamentdə “Reklam haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunan zaman A.Quliyev deyib ki, hazırlanan reklam çarxları bu gün lazımı səviyyədə işıqlanmır, bunun da səbəbləri fərqlidir: “Bəzən bu çarxlar keyfiyyətli olmur, bəzən də televiziyalar onları yayımlamağa maraqları olmurlar. Təklif edərdim ki, televizya qurumları QHT-lər ilə birlikdə fəaliyyət göstərib çarxları hazırlasın, daha sonra onların yayımlanması təmin edilsin”.

MM sədri Oqtay Əsədov isə cavabında deputatı məsuliyyətli olmağa çalışıb: “İlk nöqsanı özünüzdə axtarmalısınız. Çünki pulu da verən sizsiniz, onun keyfiyyətinə də siz baxmalısınız”.

İnterpress.az