Avropa İttifaqı nümayəndələri Naxçıvandabackend

Avropa İttifaqı nümayəndələri Naxçıvanda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, noyabrın 16-17-də Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə Azərbaycan höküməti arasında əməkdaşlığı və Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə Naxçıvanda seminar keçirilib. Seminar Azərbaycanda Miqrasiya və Sərhəd idarəçiliyi üzrə potensialların gücləndilməsi layihəsi çərçivəsində tənzimlənməyən miqrasiya ilə mübarizəyə dair təcrübələrin bölüşdürülməsi məqsədi ilə reallaşıb.

Seminarda Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinin sədri Şahin Nəbiyev, Aİ-nin Azərbaycandakı nümayəndələyinin rəhbəri səfir Kestutis Yankauskas, BMT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Serhan Aktoprak iştirak ediblər.

Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinin sədri Şahin Nəbiyev seminarın əhəmiyyətini vurğulayaraq qeyd edib ki, istər BMqT istərsə də Aİ-lə əməkdaşlıq çərçivəsində miqrasiyaya dair xeyli iş görülüb, məhsuldar nəticə əldə olunb.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas layihənin icrasının uğurla davam etdiyini bildirib və əlavə edib ki,beynəlxalq ekspertlərin, həmçinin müxtəlif ölkələrin miqrasiya hakimiyyət nümayəndələrinin iştirakı ilə keçirilən iki günlük seminarda təcrübə paylaşımı çox faydalıdır. Səfir qeyd edib ki,, Aİ üçün insan alverinə qarşı mübarizə prioritet sahə olaraq qalır və bu cinayətlərin aradan qaldırmaq üçün birgə əməkdaşlığa bundan sonra da hazırdır. Aİ-nin nümayəndəsi bildirib ki, miqrasiyanın idarə olunması bu gün ən kompleks yanaşma və ən çox resurs tələb edən sahədir. Çıxışının sonunda Səfir Kestutis Yankauskas BMqT-nin Azərbaycandakı nümayəndələyi ilə əməkdaşlıqdan razılığını ifadə edib..

BMqT-nin Azərbaycan nümayəndəliyinin təhbəri Serhan Aktoprak bəyan edib ki, 2018-ci ildə qəbul olunması planlaşdırılan Miqrasiya üzrə Qlobal Kompakt təşəbbüsünə qoşulmaq üçün Azərbaycan da yaxşı imkanlara malikdir. Bunun üçün bütün miqrantların: onların statusuna fərq qoymadan hüquqlarının qorunması, təhlükəsiz, səliqəli və tənzimlənən miqrasiyanın təmin olunması; zorən və tənzimlənməyən miqrasiyaya dair halların azaldılması kimi sahələrə hərtərəfli baxış vacibdir. Serhan Aktoprak ümidvar olduğunu bildirib ki, Azərbaycan bununla bağlı Meksikada keçiriləcək görüşdə fəal iştirak edəcək. Nümayəndəliyin rəhbəri vurğulayıb ki, tənzimlənməyən miqrasiyaya dair müasir dövrdə insanların bir məntəqədən digər məntəqələrə köç edərkən baş verən faicəvi halların bütün ölkələrin birgə fəaliyyətini vacibdir.

Seminarda BMT-nin miqrasiya üzrə ekspertləri, Böyük Britaniyanın Sərhəd Qüvvələrinin nümayəndəsi, Fransa, Qazaxıstan və Rumıniyanın Daxili İşlər Nazirliklərinin əməkdaşları, Belarus və Tacikistanın Sərhəd Xidmətlərinin nümayəndələri, İndoneziyanın Miqrasiya İdarəsinn təmsilçiləri Miqrant qaçaqmalçılığı, tənzimlənməyən miqrasiya mövzularında təqdimatlarla çıxış ediblər.

İnterpress.az