“Baş prokuror parlamentdə hesabat verməlidir”backend

“Baş prokuror parlamentdə hesabat verməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu fikirləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə “Prokurorluq haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.

Q.Həsənquliyev qeyd edib ki, Baş Prokurorun özü və ya müavini parlamentə istintaq olunan cinayət işi və istintaqı başa çatan cinayət işləri haqqında məlumat verməlidir: “Qeyd edim ki, hər il Daxili İşlər nazirinin müavini Vilayət Eyvazov parlamentə gələrək hesabat verir, deputatların suallarını cavablandırır. Baş prokuror və ya müavininin də ildə bir dəfə parlamentdə hesabat verməsi yaxşı olardı. Əlbəttə, ola bilsin, Baş Prokurorluqdan spikerə məktub göndərilir və ya məlumat verilir. Amma burada 125 deputatıq. Odur ki, qanunun 43 və 44-cü maddələrinə “İstintaq sirləri təşkil edən maddələr istisna olmaqla” sözlərini və “Baş Prokurorun ildə 1 dəfən az olmayaraq parlamentə məlumat verməsi” sözlərinin artırılmasını təklif edirəm”.

Qeyd edək ki, “Prokurorluq haqqında” Qanunun43-cü maddəsində “Parlamentin nəzarəti” sözü “Azərbaycan Respublikası Milli Məclisinin məlumatlandırılması” ifadəsi ilə əvəz edilir.

Eyni zamanda qanunun 44-cü maddəsinə “Azərbaycan dövlət başçısının nəzarəti” ifadəsi “Azərbaycan dövlət başçısının məlumatlandırılması” sözü ilə əvəz olunur.

Qanun layihəsi qəbul olunub.

İnterpress.az