Sergey Lavrov Bakıya gəlirbackend

Sergey Lavrov Bakıya gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə “İnterpress.az”a Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, səfər çərçivəsində nazir Sergey Lavrovun xarici işlər naziri Elmar Məmmədyarov və digər yüksək rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.
Görüşdən sonra hər iki nazirin iştirakı ilə birgə mətbuat konfransı keçiriləcək.

Nazirliyin yaydığı məlumatda qeyd olunur ki, qonşu və dost ölkələr olan Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır:
“Bu il Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlamətdardır”.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 28 aprel 2017-ci il tarixində Rusiya Federasiyasında işgüzar səfərdə olub.

İnterpress.az