Goranboy icra başçısı Nizaməddin Quliyev daha bir kəndi viran qoydubackend

Goranboy icra başçısı Nizaməddin Quliyev daha bir kəndi viran qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az 7news.az-a istinadən xəbər verir ki, demək olar ki, Goranboy rayonu mediada ən çox tənqid olunan rayonlardan biridir. Bunun da bəlli obyektiv və subyektiv səbəbləri var. Məsələ burasındadır ki, rayonda ciddi şəkildə xaotik mühit hökm sürür. Əhali məmur özbaşınalığından təngə gəlib, sahibkarlar intihar həddinə çatmaqdadırlar.

Sovet dönəmində ölkənin ən təmiz və ən məhsuldar rayonlarından olan Goranboy indi dövrünün ən \”çirkli”, acınacaqlı günlərini yaşayır.

Redaksiyamıza daxil olan məlumatda deyilir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev bütün diqqət və qayğısını özünün restoran, sanatoriya biznesinə yönəldib. Biznesi xatirinə rayonun bütün imkanları artıq \”xərclənib”.

Rayonun viran qalan qəsəbələrindən biri də Safikürd kəndinin. Bir qrup ziyalı tərəfindən redaksiyamıza göndərilən müraciət oxuyanları dəhşətə gətirəccək. Müraciətdə deyilir: \”Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev bütün diqqət və qayğısını özünün restoran, sanatoriya biznesinə yönəldib. 3 min illik kəndi olan kənd zibillik, xarabalıq,baxımsızlıq səbəbindən məhv olmaqdadır. Kəndin bütün resursları, kəndə ayrılan bütün vəsaitlər başçısnın şəxsi restoranlarına, istirahət mərkəzlərinə \”xərclənir”. Məsələ burasındadır ki, kəndin İCRA NÜMAYƏNDƏSİ yoxdur. İcra hakimiyyətindən bu vəzifəyə 7 min manat pul istənilir deyə heç kim getmir. Kənd məktəbi tamamilə bərbad, kən yolları xarabalıqdı. Bu kəndə Cənab Prezidentin gözəl münasibəti var. Hətta Ulu Öndər bu kəndlə bağlı zamanında xoş sözlər demişdi. Çünki onlar bu kənddən çıxan generalları, nazirləri, ziyalıları, elm adamlarını çox gözəl tanıyırdılar.”

Yazı dərc olunmamışdan qabaq Goranboy rayon icra hakimiyyətinin saytlarında göstərilən əlaqə vasitələri ilə danışmağa çalışsaq da hər zamanki kimi düşmək mümkün olmadı.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Goranboy icra başçısı Nizaməddin Quliyev daha bir kəndi viran qoydu

Goranboy icra başçısı Nizaməddin Quliyev daha bir kəndi viran qoydu

Goranboy icra başçısı Nizaməddin Quliyev daha bir kəndi viran qoydu

Goranboy icra başçısı Nizaməddin Quliyev daha bir kəndi viran qoydu

Goranboy icra başçısı Nizaməddin Quliyev daha bir kəndi viran qoydu

İnterpress.az