Göyərtəsində 44 nəfər olan sualtı qayıq Argentina sahillərində yoxa çıxıbbackend

Göyərtəsində 44 nəfər olan sualtı qayıq Argentina sahillərində yoxa çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən məlumat verir ki, Argentina sahillərində itən sualtı qayıqda 44 nəfər heyət üzvü var.

Uşuayya limanından Maar-del-Plata şəhərinə gedən sualtı qayıqla əlaqə kəsilib. Axtarışlara təyyarələr və gəmilər göndərilib. Qayıqla sonuncu dəfə noyabrın 15-də əlaqə yaradılıb. “San-Xuan” sualtı döyüş qayığında yanğın, yaxud hər hansı texniki problem yarandığı ehtimal edilir.

Qeyd edək ki, Almaniyada istehsal olunmuş və uzunluğu 66 metr olan “San-Xuan” sualtı döyüş qayığı 1985-ci ildə Argentina Hərbi Dəniz Qüvvələrinin sərəncamına verilib.

İnterpress.az