Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Maqazin   Video  

"İki rol oynamaqla özünü böyük aktrisa sayma" - VİDEO

"Sənin fitri istedadın hələ üzə çıxmayıb. İki rol oynamaqla sən özünü böyük aktrisa sayma".

Dərc edilib: 17 noyabr 2017 [21:34]
Baxış sayı: 153

İnterpress.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Kübra Əliyeva "Bizimləsən" verilişində aktrisa Pərvin Abıyevaya deyib.

Yaşlı və gənc aktrisaların müzakirə edildiyi proqramda mübahisə yaşanıb. Pərvin yaşlı aktrisaların onlara mane olmağa çalışdığını deyib:

"Getdim bir aktrisanın yanında dərs almağa. O xanım ancaq biz gəncləri qarşısında sındırmağa çalışırdı. Təhsil önəmlidir. Amma İncəsənət Unviersitetini bitirən bir çox gənc tanıyıram ki, heç aktrisa deyil".

K.Əliyeva aktrisanın sözlərinə etiraz edib və bunları deyib:

"İndikilər xoşbəxtdir. Bizim vaxtımızda bir televiziya var idi. Bir tamaşada oynayardıq, kiçik epizod efirdə gedirdi. Məni elə tanıyıblar. Sizin qarşınızda neçə telekanal var. O yoxdursa, bu birinə gedirsiniz. Bircə bazar günü səhər verilişində ola bilirdik. Hökümə xanımın vaxtında, qabağından keçə bilməzdik. Leyla Bədirbəylini görəndə arxaya getməli, divara çırpılmalıydın. Siz teatr görməmisiniz. Onda bilərdiniz aktrisalıq nədir. Əgər birinin fitri istedadı varsa, ona universitet lazım deyil. Sənə təhsil lazımdır. Hazırlaş, İncəsənət universitetinə gir, öyrən".

İnterpress.az














Oxşar xəbərlər

Dərmanların qiyməti dolların məzənnəsinə uyğun dəyişəcək


Cəmi səslər: 477