Səudiyyə Ərəbistanı həbs edilən şahzadələrin birja hesablarını dondurdubackend

Səudiyyə Ərəbistanı həbs edilən şahzadələrin birja hesablarını dondurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Trend-ə istinadən bildirir ki, ölkənin sərmayə bazarları rəhbərliyi həbsdə olan şahzadələrin və sahibkarların birja hesablarının dondurulmasını əmr edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Ali korrupsiyaya qarşı mübarizə komitəsi noyabrın 5-də aralarında 11 şahzadənin də olduğu nazirlər, hərbçilər və iş adamlarının saxlanılması barədə göstəriş verib. Ümumilikdə 208 nəfər istintaqa cəlb edilib. Həbs edilənlər arasında dünyanın ən varlı insanlardan biri şahzadə Əl-Valid bin Taləl də var.

İnterpress.az