Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


NATO-nun baş katibi yenidən Türkiyədən üzr istədi

NATO-nun baş katibi Yens Stoltenberq növbəti dəfə Türkiyədən üzr istəyib.

Dərc edilib: 17 noyabr 2017 [23:31]
Baxış sayı: 155

İnterpress.az xəbər verir ki, Kanadada səfərdə olan NATO-nun baş katibi Türkiyənin Silahlı Qüvvələrinin baş qərargah rəisi Hulusi Akarın da orada olduğunu öyrənərək ona zəng edib və görüş keçirməyə razılıq alıb. Görüşdə Stoltenberq ikinci dəfə Türkiyə prezidenti və türk xalqından üzr istəyib.

Qeyd edək ki, NATO zabitlərindən biri Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Mustafa Kamal Atatürkü düşmən tablosu adı ilə hədəf seçməklə qalmaqala səbəb olub. NATO təlimlərində Atatürk və Ərdoğana qarşı edilən bu hörmətsizlikdən sonra türk əsgərləri geri qaytarılmışdı. İttifaqdan verilən açıqlamada, yaranan qalmaqalın təqsirkarı olan zabitin ordudan qovulduğu bildirilib.

Stoltenberq də tərbiyəsizliyə yol vermiş zabitin ordudan qovulduğunu və cinayət işinin açıldığını bildirib.

İnterpress.az












Oxşar xəbərlər

Dərmanların qiyməti dolların məzənnəsinə uyğun dəyişəcək


Cəmi səslər: 477