Xaçmazda qaz problemibackend

Xaçmazda qaz problemi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hələ yay aylarından Xaçmazın Vağzal küçəsi 30-da yaşayan sakinlər onlara nə zaman təbii qaz veriləcəyini gözləyirlər.

Yay aylarından qaz həsrətində olan sakinlər havalar soyuyandan Xaçmaz qaz istismar idarəsinə dəfələrlə müraciət etmələrinə baxmayaraq hər dəfə də tezliklə qazın olacağı haqqında yalan vədlər eşidirlər. Sakinlərdən Nadir Həsənov bildirir ki, bu problem tək onların küçələrində deyil. Ümumiyyətlə şəhərin bir tərəfində qaz varsa, digər tərəf qazsızdı. “Dedik, daha evlərimizi təmir edib, kombi sistemi quraq. Artıq dünyaya qaz satan ölkəyik. Nə biləydik qışda yenə də odun peçlərinə ehtiyacımız olacaq”- deyə rayon sakini Nadir Həsənov bildirir.

İnterpress.az