“NATO-nun Türkiyəyə münasibətində qısqanclıq elementləri görünür”backend

“NATO-nun Türkiyəyə münasibətində qısqanclıq elementləri görünür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu \”Trend\”-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, sonuncu minilliyə nəzər salsaq, dünyada baş verən proseslərdə Türkiyənin yaxşı mənada özünəməxsus rolu olduğunu görə bilərik: “Yəni Türkiyə dünyada yaxşı mənada öz sözünü demiş bir dövlətdir və bu gün də NATO-nun üzvü kimi təşkilat üçün böyük xidmətləri var. Əlbəttə Türkiyə kimi böyük bir dövlətin yaradıcısı olan tarixi bir şəxsiyyətin və dövlət başçısının şəkillərinə o tərzdə yanaşılması yolverilməzdir, tarixi şəxsiyyətlərə olan hörmətsizlikdir”.

Deputat hesab edir ki, Türkiyə regionda söz sahibidir və Türkiyənin nüfuzu artdıqca NATO-nun ölkəyə qarşı bu cür münasibətində qısqanclıq elementləri müşahidə olunur.

Qeyd edək ki, Norveçdə NATO-nun hərbi təlimləri zamanı \”düşmənlər\”in fotolarının olduğu stend quraşdırılıb və həmin hədəf stendində Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəkilləri əks olunub.

İnterpress.az