Deputat Səhiyyə Nazirliyini Qarabağ əlilinə köməyə çağırdıbackend

Deputat Səhiyyə Nazirliyini Qarabağ əlilinə köməyə çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, Q.Pşayeva bildirib:

\”Bir neçə gün bundan əvvəl bəzi deputat həmkarlarımla birlikdə Texniki Universitetdə döyüş tapşırığını yerinə yetirdikdən sonra düşmən əlinə keçməmək üçün özlərini partladan qəhrəman kəşfiyyatçımızla bağlı filmin təqdimatında olduq. Orada qəhrəman şəhidlərimizin anaları millət vəkillərinə üz tutaraq, bildirdilər ki 8 nəfərlik qrupdan sadəcə bir nəfər Aqil Əhmədov sağ qalıb və o da ağır xəstədir, ciddi əməliyyata ehtiyacı var və biz 7 qəhrəman şəhidin anası övladlarımızın qoxusunu ondan alırıq və xahiş edirik ki onun yüksək səviyyədə əməliyyat olunması məsələsini Milli Məclisdə qaldırasınız və dəstək olasınız.
Aqil Əhmədovla görüşmüşük, doğurdan da onun ciddi əməliyyat və müalicələrə ehtiyacı var. Səhiyyə Nazirliyi, Müdafiə Nazirliyi ümid edirik ki şəhid analarının və bizim müraciətlərimizi nəzərə alaraq, Aqil Əhmədovun xaricdə əməliyyat və müalicəsinin həyata keçirilməsini təmin edəcək və onları bu məsələdə təcili dəstəyə çağırırıq\”.

İnterpress.az