Nazir jurnalisti təhqir edən direktoru cəzalandırdıbackend

Nazir jurnalisti təhqir edən direktoru cəzalandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Bakı Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov deyib.

B.Məmmədov bildirib ki, N.Məmmədova \”Müəllimlərin etik davranış qaydaları\”nın tələblərini pozub:

\”Bakı şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş funksiyanı keyfiyyətsiz yerinə yetirdiyinə görə direktora Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin \”b\” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib\”.

Qeyd edək ki, sözügedən orta məktəbinin müəllimlərindən biri təhsil naziri Mikayıl Cabbarova məktub yazaraq, məktəb direktorundan şikayət edib və onun özbaşınalıqlarına qarşı tədbir görülməsini xahiş etmişdi.

Sözügedən şikayətlə bağlı qarşı tərəfin mövqeyini öyrəndikdə Axar.az-ın əməkdaşını məktəb direktoru təhqir etmiş, səviyyəsiz sözlər demişdi.

Maraqlıdır ki, redaksiyaya ünvanlanan şikayət məktubunda da direktorun iş zamanı tərbiyəsiz sözlərdən, kobud ifadələrdən istifadə etdiyi və işçilərini vaxtaşırı aşağıladığı bildirilmişdi.

İnterpress.az