DƏLƏDUZLUQLA MƏŞĞUL OLAN ŞƏXS TUTULUBbackend

DƏLƏDUZLUQLA MƏŞĞUL OLAN ŞƏXS TUTULUB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az məlumat verir ki, Qusar rayon Cibir kənd sakini Məhəmməd Qurbanov şübhəli şəxs qismində polis əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-nə gətirilmişdir. Ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində məlum olmuşdur ki, O, 07.08.2017-ci il tarixdə Qusar rayon Gedəzeyxur kənd sakininə məxsuz 4500kq buğdanı 1800Azn razılaşaraq almış lakin sonra kənd sakininə pulu ödəməyərək dələduzluq etmişdir. 08.08.2017-ci il tarixində isə rayonun İmamaqulukənd kəndində yenə həmin usulla kənd sakini aldadaraq, 2840kq buğdanı 852 Azn alaraq pulu ödəməkdən boyun qaçırmışdır. Sonda isə 17.09.2017-ci il tarixdə rayonun Düztahir kənd sakinin etibarından istifadə edərək ona məxsus 1000 Azn dəyərində olan bir baş inəyi alaraq pulunu mənimsəmişdir. Ümumimən kənd sakinlərinə 3652 Azn maddi ziyan vurmuşdur.
Faktla bağlı M.Qurbanovla bağlı Qusar RPŞ-də cinayət işi acılıb, araşdırmalar aparılır.

Nizam Həmidov
Polis leytenantı

İnterpress.az