Zimbabve paytaxtında prezidentin istefasına dəstək marşı keçirilirbackend

Zimbabve paytaxtında prezidentin istefasına dəstək marşı keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, mahnı və rəqslərlə müşayiət olunan nümayiş dinc şəraitdə davam edir.

Bu ərəfədə hakim partiyanın regional komitələri də Muqabenin prezident postunu tərk etməsini dəstəklədikləri barədə fikirlər səsləndirib.

Xatırladaq ki, noyabrın 15-də hərbçilər ölkənin paytaxtı Hararedə televiziya mərkəzini və prezidentin iqamətgahını nəzarətə götürüblər. Şəhərin mərkəzinə zirehli texnika yeridilib. Muqabe CAR-dan olan həmkarı Ceykob Zumo ilə telefon danışığında təsdiqləyib ki, hərbçilər onu ev dustaqlığında saxlayırlar.

KİV-lərdə yayılan məlumatlara görə, hazırda Hararedə sakitlikdir. Şəhərdə hərbi patrullar və zirehli maşınlar gözə dəyir, dövlət müəssisələrinin yaxınlığındakı küçələr bağlanıb.

İnterpress.az