Xızıda 1461 ədəd hərbi sursat aşkarlanıbbackend

Xızıda 1461 ədəd hərbi sursat aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az məlumat verir ki, noyabrın 17-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilmiş, 1 461 ədəd partlamamış hərbi sursat (PHS), 97 ədəd partlamış-yanmış mərmi qalıqları və 559 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 194 500 kv.m (19.45 ha) ərazi yoxlanılıb.
Ümumilikdə, 72 gün ərzində 18 591 ədəd partlamamış hərbi sursat (PHS), 299 ədəd partlamış-yanmış sursat qalıqları və 67 030 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 68 939 285 kv.m (6 894 ha) ərazi yoxlanılıb.

İnterpress.az